Bədənimizi nə dərəcədə hiss edə bilirik?

Yalnız bir yerimiz ağrıyandamı diqqətimiz o hissəmizə yönəlir?

Normadan artıq yeyib həzm edə bilməyəndə narahat edici hisslərləmi xatırlayırıq onu?

Fiziki işdən sonrakı yorğunluq şəklindəmi hiss edirik sadəcə?

Ona əziyyət edən zərərli vərdişlərləmi hiss etməyə çalışırıq?


Sakit, rahat halımızda diqqətimizin yarısı onunla qala bilirmi?


Başqalarıyla söhbət edərkən, işlərimizlə məşğul olarkən, ağlayarkən, gülərkən onun varlığını hiss edə bilirkmi?

Düşüncələrimiz keçmişə – gələcəyə gedib gələrkən bədənimiz hər zaman burada – indiki andadır.

Gündəlik həyatda bədəni hiss etmə çalışmaları anı yaşamağımıza, çakralarımızın açılmağına, enerji axışının bərpa olunmasına, beləliklə bədənimizin özünü bərpa mexanizmlərinin aktivləşməsinə, özünü şəfalandırmasına, eyni zamanda özdəyər, özsayqı, özgüvənin artmasına yardım edir.