Bir parçan öz dəyərinin fərqinə varmağa çalışarkən, digər parçan davamlı yetərsiz, dəyərsiz olduğuna inanır.
Bəs sən hansı tərəfinə daha çox üstünlük verirsən?

Səni sənə aynalayan ətrafındakı insanlar da 2 qrupa ayrılır:
Səni dəyərsiz hiss etdirməyə çalışanlar və dəyərinin fərqinə varmağına yardım edənlər.

2ci qrup hər zaman daha az rast gəlindiyinə görə bu qrupdan olanları zamanında təsbit etməlisən.

Təəssüf ki, çox zaman onların dəstəyilə öz dəyərini hiss etdiyini onları itirdikdən sonra anlayırsan.

/Çünki öz dəyərini bilməyən ona dəyər verəni özü kimi dəyərsiz, onu dəyərsizləşdirəni isə dəyərli saymağa meyllidir./

Və öz dəyərsizlik duyğularınla başbaşa qaldığın o an qulaqlarına Aşıq Veysəlin bu misraları pıçıldanır sanki..