Həyatda seçdiyimiz yolu getməyə nə qədər cəsarətimiz və həvəsimiz var?!

Baxmayaraq ki, yolumuz çətin ola bilər.
Bu yolda sonacan bizimlə gedəcəyinə söz verib yarıda qoyanlar ola bilər..
Parıltılı təkliflərlə öz yolumuzdan çıxarıb başqa yollara yönləndirmək istəyənlər ola bilər.
Qarşıda bizi təhlükələrin gözlədiyinə inandırıb qorxudaraq vaz keçirmək istəyənlər ola bilər.
Bizə dəstək verirmiş kimi görünüb yanımızda gedə-gedə yolumuza daş qoyanlar ola bilər və s…


Bunların hamsı sadəcə zehnimizdəki qorxu dolu düşüncələri canlandıraraq bizə öz qorxularımızı aynalayırlar.
Biz nə qədər çox anlam yükləsək, çox önəm versək etdikləri təsirin gücü o qədər çox olacaqdır.


Seçim bizimdir:
1. Maneələrə fokuslanıb şikayətlə, bəhanələrlə yolumuzdan vaz keçə bilərik. Yaxud da onlara reaksiya verməklə fərqində olmadan enerjimizi tükəndirərik.


Nəticəsi: ömür boyu peşmanlıq, özgüvənin, özünə inamın azalması, başqalarından bizi anlayıb haqq verəcəklərini gözləmək.

2. Diqqətimizi maneələrə deyil, yolumuza toplayıb yaralansaq da, yorulsaq da davam edə bilərik.

Nəticəsi: özümüzə inam, güvən, sayqının artması, başqalarından təqdir gözləmədən özümüzü təqdir edə bilmək.

Qeyd: Bütün bunlar sadəcə başqalarına zərər vermədən, kimsənin haqqını almadan öz daxili potensialımızı gerçəkləşdirmə yoluna aiddir.