Biri bizdə qüsur axtaranda, çatışmayan nələrsə tapıb məhz oradan incitməyə çalışanda o insanın yaxşı tərəflərini tapmağa çalışaq və tapdıqca gözəl görən gözlərimizçün min kərə şükr edək. Onun kimi qüsurlu baxmadığımızçün özümüzə təşəkkür edək və o insana dua edək.
Bu xüsusiyyəti özümüzdə artırmaq öz dəyərimizi daha çox hiss etməyə kömək edir.

Baxaq görək bu haqda Mövlana nə deyir:
“Ey qüsur axtaran gözlərin sahibi,axtardığın hər qüsuru tapırsan.
İnsanlarda çox qüsur görürsən, amma bunu bil ki, gördüyün hər qüsur səndən bir parça daşıyır.
Qüsur axtaran zehninin sənə etdiyi pisliyi idrak edə bilsəydin ağlından vazkeçərdin!
Çevir gözlərini, Özə dön, içinə bax!
Gördüyün hər qüsurun izini, hətta özünü tapacaqsan özündə.
Həyata gəliş səbəbini axtarıb, araşdırırsan.
Gəliş səbəbin gerçəkdən də qüsur axtarmaq və tapmaqdır,
Amma özündə!!!
Varlıq səbəbin onları qapatmaq, düzəltmək, mükəmməlləşməkdir.
Gördüyün hər kəs sənə ayna olar,
Qüsurların gəlib səni tapar,
Düşüncələrin bir varlıq olub qarşında durar,
Dinlə içindəki savaşı!
Sakitləşdir o xaos və qarışıqlığı.”

Gündəlik meditasiya və özə dönmə çalışmaları özümüzlə tanış olmaq və iç savaşı sakitləşdirməkçün inanılmaz dərəcədə önəmli və faydalıdır.

Hər gün biraz daha gözəl görə bilmək diləyilə…