Dostoyevski deyir:
“İlk edilən yanlışa qəza,
İkincisinə xata,
Üçüncüsünə seçim deyilir.” Eyni şeyləri təkrarlayıb yanlışlıqla oldu deyənə təkrar-təkrar şans verir, dəyişiləcəyinə inanırsansa özünü aldadırsan. Çünki o insan artıq bunu yanlışlıqla etmir, elə davranmağı seçir.

Daha da önəmlisi əgər təkrar-təkrar fərqli insanlarla səni üzən bənzər durumlar yaşayırsansa, peşman olub yenə harda, nəyi yanlış elədim deyə düşünürsənsə dayan və özünə sual ver:

Bu durumu seçməyimin səbəbi nədir?
Bu təcrübələr mənə nə deməyə çalışır?
Bu tip durumları təcrübə etməyi seçməsəm həyatım necə olardı?

Çünki bu durumlara yanlışlıqla düşmürsən, fərqində olmadan onları seçirsən və yalnız sorğulamayla bu seçimə nədən ehtiyac duyduğunu anlaya və dəyişdirə bilərsən.

Həyatı fərqindəliklə yaşamaqçün bilincaltımızı sorğulamaq şərtdir.

Yolunuz işıqlı, seçimləriniz parlaq olsun.