Suyun səthində üzürmüş kimi görünən lotus çiçəyinin gözəlliyi onun əzmindədir. Gölün dibindəki palçıqdan, bataqlıqdan inkişaf edərək suyun üzərinə çıxır və öz gözəlliyini nümayiş etdirir.

Acılardan qaçmaq əvəzinə onların fərqinə varmaq və içindən keçməklə insan da lotus çiçəyi kimi özünü ən dərin bataqlıqdan çıxarıb işığını parlada bilər.

Ən ümidsiz olduğumuz durumlarda lotus çiçəyini xatırlayaq. Və o durumu lotusun inkişafına səbəb olan palçıq kimi dəyərləndirməyə çalışaq.

Belə bir deyim də var:
“Palçıq olmasaydı lotus da olmazdı.”