Hərdən bizə müraciət edən insanların bəzilərinin niyyətinin özünü deyil, həyatındakı insanları dəyişdirmək olduğunu hiss edirəm. Fərqindəlik – yeni kontrol texnikaları öyrənməklə deyil, kontrolu buraxmaqla əlaqədardır. Bizim çalışmalarımızın məqsədi bacardığımız qədər kontrolu buraxmaq, həm özümüzə, həm başqalarına özgürlük verməkdir. Hər insan sadəcə özünü, əski baxış açısını, qavrayış biçimini dəyişdirə bilər və bilinci genişlədikcə təbii olaraq insanın ətrafdakılarla münasibəti dəyişilir.

Qəbul etmək – içində olduğun durumdan şikayət etməmək, onun səbəbini anlamaqdır.

Xoş olmayan duyğular hiss etməyimizə səbəb olan insanları olduğu kimi qəbul etmək onlara bunu davam etmə icazəsi vermək deyil. Əksinə, bunu etmə səbəblərini (fərqli bilinc səviyyəsində olduğunu) anlamaq və mərhəmətlə sərhədlərini bəlli etmək, lazım gələrsə vazkeçməkdir. Bunu edərkən onları anladığınçün əsəbləşməmək, nifrət etməmək, kin duymamaqdır.

Başqalarının fərqliliklərini xoş görə bilməkçün öncə öz fərqliliklərimizin fərqinə varmağımız şərtdir. Özümüzü qəbul edə bilmədən kimsəni olduğu kimi qəbul edə bilmərik.

Qəbul etməyi və vaz keçməyi bacarmadığımızda başqalarını dəyişdirməyə cəhd edirik, bu isə mümkün deyil. Mümkün olmayanı etmə cəhdi enerjimizi boşuna tükəndirir, nəticədə içimiz kin, nifrət, intiqam kimi aşağı tezlikli duyğularla dolur, çakralarımız qapanır, işığımız zəifləyir.

Kimsə bizim istədiyimiz kimi olmağa məcbur deyil, biz də kimsənin istədiyi kimi olmağa məcbur deyilik. Fərqliliklərimizi qəbul edə bildiyimiz qədər yaxın, dəyişdirməyə çalışdığımız qədər uzağıq.