Enerjimizdə Yin-Yang balansı pozulubsa bu tarazlığı bərpa etmədən münasibətlərimizi bağlılıqdan sevgiyə keçirə bilmərik.
Bir-birinə bağlı olan cütlüklər qoşa inkişaf edə bilmir, nəticədə birlikdə mutlu olmaq çətinləşir. Gerçək sevgi münasibətlərində isə hər iki tərəf bir-birinin yüksəlişini dəstəkləyə bilir, çünki münasibət duyğusal möhtaclıq üzərində qurulmur.

Duyğusal, ruhsal özgürlüyün olmadığı yerdə fiziki və ekonomik özgürlük olsa belə mutlu birlikdəlikdən söhbət gedə bilməz.

Bu şeirdə Xəlil Cibran balanslı münasibəti necə də gözəl ifadə edib:

Sevin bir-birinizi, amma eşqə dair  məcbur edici anlaşmalar etməyin..

Buraxın eşq – ruhlarınızın sahilləri
arasında gedib gələn, yüksəlib alçalan bir dəniz olsun..

Bir-birinizin qədəhlərini onunla doldurun, amma bir qədəhdən içməyin..

Bərabər nəğmələr söyləyin, bərabər rəqs edin,
birlikdə əylənin, amma yalnız olma fürsəti də verin bir-birinizə

Və eyni zamanda bütün bunları yalnız etmə imkanı..

Çünki baxın, kamanın bütün telləri,
birlikdə eyni musiqiylə cingildəsələr də
Hər biri ayrılıqda gərilmiş dururlar..

Könlünüzü bir-birinizə verin, amma
bir-birinizə dustaq olmayın.

Çünki qəlbləriniz yalnızca Həyatın ovucuna sığar.

Yan-yana durun, amma yapışıq olmayın bir-birinizə,
Çünki baxın, ayrı-ayrı durur
bir-birindən  məbədin sütunları..

Və bir-birinin kölgəsində böyüməz
palıd ağacıyla səlvi ağacı. 💞