“Qüsur axtarırsansa bütün aynalar sənin olsun!” Mövlana

“Qüsur axtarırsansa bütün aynalar sənin olsun!”  Mövlana
  Biri bizdə qüsur axtaranda, çatışmayan nələrsə tapıb məhz oradan incitməyə çalışanda o insanın yaxşı tərəflərini tapmağa çalışaq və tapdıqca gözəl görən gözlərimizçün min kərə şükr edək. Onun kimi qüsurlu baxmadığımızçün özümüzə təşəkkür edək və o insana dua edək. Bu xüsusiyyəti özümüzdə artırmaq öz dəyərimizi daha çox hiss etməyə kömək edir. Baxaq görək bu haqda Mövlana nə deyir: "Ey qüsur axtaran gözlərin sahibi,axtardığın hər qüsuru tapır...

Gözəl Baxan Gözəl Görər

Gözəl Baxan Gözəl Görər
  Qorxularının əsiri olan biri özünü birazcıq cəsur hiss edə bilməkçün səni qorxaq adlandıra bilər. Özünü bacarıqsız sayan biri səni bacarıqsız hiss etdirmək üçün müxtəlif situasiyalar yarada bilər. Yalnızlıq qorxusuyla yaşayan biri səni yalnız qalacağınla şantaj edə bilər. Özünü əskik, yetərsiz hiss edən biri hər vasitəylə səni yetərsiz hiss etdirməyə çalışa bilər. Çirkin olduğuna inanan biri bu duyğunun öhdəsindən gələ bilməkçün səni ...

Birbirimize ne verebiliriz?!

Birbirimize ne verebiliriz?!
Click here for English http://xeyalechelebi.com/giving/   Bir düşündüm birbirimize ne verebiliriz diye. Bizim olan ne var ki verebilelim? Ya da zaten bizim olmayan bir şeyi nasıl verebiliriz ki? Dünyaya bu açıdan bakmadığımızda, insanlara bir şeyler verdiğimizi zannedebiliriz. Örneğin materyal niteliğindeki maddi şeyler ya da zaman, dikkat, bilgi, vs. Lakin aslolan bizim bunları bir başkasına vermemiz değil, tüm bunların verilmesinde s

Burax qəlbin qırılsın.

Click here for English Türkçe için buraya tıklayın   Qəlbimizin qırılmağından qorxduğumuz üçün var gücümüzlə əlimizdən gələni edərək onu qoruduğumuzu zənn edərkən əslində onu qapadırıq. Lakin ölmədən öncə ölə bilməkçün, özümüzdən yenidən doğulmaqçün, başdan-ayağa yenilənməkçün qəlbimizin qırılmağa ehtiyacı var. Burax qəlbin qırılsın, hər qırılmada bir az daha yüksələcək enerjisi, bir az daha açılacaq, bir az daha artacaq fərqindəliy

Gerçək özgüvən

Sahib olduğun etiketlərlə özgüvən təqlidi edirsən, yoxsa gerçəkdən özünə güvənirsən?! Aradakı fərqi ayırd etmək istəyirsənsə bir neçə dəqiqəlik üstünə yapışdırdığın bütün etiketləri bir kənara burax və onlar olmadan sadəcə öz varlığını müşahidə et. Məsələn, diplomların, sertifikatların, karyeran, övladların, həyatın hər sahəsində qazandığın uğurların və s. sahib olduğun nə varsa onlar olmadan özünü təsəvvür etməyə çalış. Və duyğularını müşahid...

Depressiv olmayaq.

Depressiv ruh halında olmağın ən önəmli səbəbi insanın olduğu kimi ola bilməməyidir. Əgər başqalarının bəyənməyəcəyindən, tərk ediləcəyindən, sevilməyəcəyindən qorxduğun üçün özünü olduğun kimi ifadə etməyə çəkinirsənsə, öz gerçək kimliyini gizlədirsənsə bu özünü inkar halı həyat enerjinin, yaşama həvəsinin azalmağına, hüzurdan uzaqlaşmağına və sonunda depressiyaya səbəb ola bilər. Əgər özünü kefsiz hiss edirsənsə, heç nədən zövq ala bilmirsənsə, həy

Mən kiməm?!

Mən kiməm?!
  Click here for English Türkçe için buraya tıklayın   İnsanların sənə xəyanətindən şikayətçisən? Onları bir kənara burax. Sənin özünə etdiyin xəyanətdən xəbərin varmı? Onlar sadəcə bu iç xəyanəti sənə aynalamaqdadırlar. Özünə etdiyin xəyanətlərin fərqinə vardıqca elə ürpərəcəksən ki, bütün digər xəyanətlər onun yanında heç olacaq. Bədəninin sənə xəyanət etdiyini, səni yarı yolda qoyduğunu düşünürsənsə ona nə qədər zalım d

Dəyər ver ki, dəyərini biləsən

Dəyər ver ki, dəyərini biləsən
  Click here for English Türkçe için buraya tıklayın   Öz dəyərini hiss edə bilməkçün başqalarını dəyərsizləşdirməyə ehtiyac duyursansa bil ki, dəyərinin fərqində deyilsən. Başqalarının sevincinə sevinə bilmirsənsə, içində həsəd, kin yarandığı halda sevinirmiş kimi görünməyə çalışırsansa deməli hələ öz dəyərindən xəbərin yoxdur. İnsan öz gerçək dəyərini biləndə başqalarının da mutluluğuna, sevincinə sevinə bilir. Onlarda da gözəlli

Orqanların dincəlmə saatları

Orqanların dincəlmə saatları
Çin təbabətinə əsasən hər bir orqanın özünü bərpa etmə saatı vardır. 24 saat ərzində Çi enerjisi (həyat enerjisi) 2 saatlıq intervallarla orqan və sistemləri dolaşaraq onları bərpa edir. Yüz illərdir holistik tibb mütəxəsisləri müalicəni bu cədvəli nəzərə alaraq aparırlar. Problem yaranan orqanın sağalmasına yardım etməkçün saatları bilmək önəmlidir. Məsələn, öd kisəsində problem olan bir insan axşam saat  23-00 da yatmazsa bu, orqanın işinin daha da...

Fərqinin fərqinə var

Fərqinin fərqinə var
Öz fərqinin fərqinə vara bilməmisənsə, dəyərlərinin fərqində deyilsənsə ehtiyatlı ol. Sən bilməsən də sənin fərqinin fərqində olanlar vardır. Onlardan çox azı – təbii ki, öz fərqlərinin fərqinə varanlar sənə öz dəyərlərinin fərqinə vara bilməyinçün yardım edəcək. Yalnız öz fərqinin dəyərini bilənlər dəyərləndirəcək bu fərqliliyini. Öz fərqinin fərqində olmayan böyük əksəriyyət isə səni də özləri ilə eyniləşdirməyə çalışacaqlar. Əvvəlcə yaxınında dayana ...