Ayağında tikan yarası olmayan sinəsinə gül qoxusu çəkə bilməz.

Ayağında tikan yarası olmayan sinəsinə gül qoxusu çəkə bilməz.
  Çox insan sevilmək istəyir, sevməkdən isə qorxur. Çünki sevən üzülər, qəlbi qırılar inancı iliklərimizə qədər işləyib. Lakin qırılan sadəcə eqodur, sevməkdən qorxan da eqodur. İçimizdəki yaralı uşaq sevilməyi tərcih edir, çünki  sevildikcə  kontrol ondadır, güvəndə hiss edir. Sevdikcə eqo qırılır, parça-parça olur. Bu çox acı verə bilər. Önəmli olan bu acıdan qaçmamaq, onun içindən keçə bilməkdir. Bunu bacaranda həmin dağıntının içindən Özü...

Heart Wisdom Process

Öncə öz qəlbimin qırıqlarını toplamaq, yaralarını sarmaq üçün bir yola çıxdım. Müxtəlif fərqindəlik çalışmalarıyla tanış olduqdan sonra mənə ən çox kömək edən möhtəşəm metodu tapdım - Heart Wisdom Process. Özümə doğru atdığım hər addımı duyğusal yaralarını sağaltmaq istəyənlərlə paylaşaraq onlara yardım etməyə çalışdım. Onların arasında bu yaraları bəhanə edib diqqət çəkməyə çalışanlar da gördüm, özünü güclü hiss etməkçün onları görməzdən gəlib giz...

O, bizə nə anlatmağa çalışır?!

Nə qədər böyüyürsən böyü içində hər zaman səndən diqqət gözləyən bir uşaq vardır. Sən onu unutsan da o, sənin yolunu gözləyir, səndən diqqət, qayğı, anlayış gözləyir. Sən onun həm anası, həm atası, həm dostu, oyun yoldaşısan. Bəlkə daha önəmli saydığın işlərlə məşğul olmaqla özünü böyütdüyünü zənn edirsən. Bəlkə də ona analıq, atalıq eləməyi öyrənə bilmədən artıq valideyn olmusan, övladların var. Artıq onlar üçün məsuliyyət daşıyırsan. Bəs içində ...

Lotus Çiçəyi

Suyun səthində üzürmüş kimi görünən lotus çiçəyinin gözəlliyi onun əzmindədir. Gölün dibindəki palçıqdan, bataqlıqdan inkişaf edərək suyun üzərinə çıxır və öz gözəlliyini nümayiş etdirir. Acılardan qaçmaq əvəzinə onların fərqinə varmaq və içindən keçməklə insan da lotus çiçəyi kimi özünü ən dərin bataqlıqdan çıxarıb işığını parlada bilər. Ən ümidsiz olduğumuz durumlarda lotus çiçəyini xatırlayaq. Və o durumu lotusun inkişafına səbəb olan palçıq kimi

Öz Yolunu Özün Seç!

Öz Yolunu Özün Seç!
  Həyatda seçdiyimiz yolu getməyə nə qədər cəsarətimiz və həvəsimiz var?! Baxmayaraq ki, yolumuz çətin ola bilər. Bu yolda sonacan bizimlə gedəcəyinə söz verib yarıda qoyanlar ola bilər.. Parıltılı təkliflərlə öz yolumuzdan çıxarıb başqa yollara yönləndirmək istəyənlər ola bilər. Qarşıda bizi təhlükələrin gözlədiyinə inandırıb qorxudaraq vaz keçirmək istəyənlər ola bilər. Bizə dəstək verirmiş kimi görünüb yanımızda gedə-gedə yolumuza daş qoy...

Şəfanın Qaynağı

Şəfanın Qaynağı
  Acılarımızı, yaralarımızı şəfalandıran tək qaynaqdır təbiət. O, bizə qarşı nə qədər də mərhəmətli, biz isə ona qarşı nə qədər zalım davranırıq.  Ağaclar karbon dioksidi alıb oksigeni bizə hədiyyə edir və biz qarşılığında təşəkkür olaraq onları kəsir, qırır, susuz saxlayır, yaxud da varlıqlarını belə unuduruq. Amma onlar incidildikcə daha da gözəlləşir, yenidən doğulur, həyata yenidən başlayırlar. Kəsilmiş otların ətrafa yayılan o gözəl ətrini...

Bədənimizi hiss edək.

  Bədənimizi nə dərəcədə hiss edə bilirik? Yalnız bir yerimiz ağrıyandamı diqqətimiz o hissəmizə yönəlir? Normadan artıq yeyib həzm edə bilməyəndə narahat edici hisslərləmi xatırlayırıq onu? Fiziki işdən sonrakı yorğunluq şəklindəmi hiss edirik sadəcə? Ona əziyyət edən zərərli vərdişlərləmi hiss etməyə çalışırıq? Sakit, rahat halımızda diqqətimizin yarısı onunla qala bilirmi? Başqalarıyla söhbət edərkən, işlərimizlə məşğul...

Gözəlliyin on para etməz..

Gözəlliyin on para etməz..
  Bir parçan öz dəyərinin fərqinə varmağa çalışarkən, digər parçan davamlı yetərsiz, dəyərsiz olduğuna inanır. Bəs sən hansı tərəfinə daha çox üstünlük verirsən? Səni sənə aynalayan ətrafındakı insanlar da 2 qrupa ayrılır: Səni dəyərsiz hiss etdirməyə çalışanlar və dəyərinin fərqinə varmağına yardım edənlər. 2ci qrup hər zaman daha az rast gəlindiyinə görə bu qrupdan olanları zamanında təsbit etməlisən. Təəssüf ki, çox zaman onların də...

İşığın Parlasın!

İşığın Parlasın!
  Auramızı (energetik bədən) qorumaq və gücləndirməkçün nə edə bilərik? 1. Doğru nəfəs almaq; 2. Gündəlik yürüyüş vərdişi; 3. Sağlıqlı və yüngül qidalanma; 4. İdmanla məşğul olmaq; 5. Sakitləşdirici musiqilər dinləmək; 6. Düzgün yuxu rejimi; 7. Bitkilərlə, heyvanlarla zaman keçirmək; 8. Torpaqda ayaqyalın gəzmək; 9. Bol su qəbulu; 10. Enerji vampirlərindən uzaq durmaq; 11. Meditasiya; 12. Siqaret, alkoqol və s. zərərli vərdişlərdən uz...

Seçimlərimizə sahib çıxaq.

Seçimlərimizə sahib çıxaq.
Dostoyevski deyir: "İlk edilən yanlışa qəza, İkincisinə xata, Üçüncüsünə seçim deyilir." Eyni şeyləri təkrarlayıb yanlışlıqla oldu deyənə təkrar-təkrar şans verir, dəyişiləcəyinə inanırsansa özünü aldadırsan. Çünki o insan artıq bunu yanlışlıqla etmir, elə davranmağı seçir. Daha da önəmlisi əgər təkrar-təkrar fərqli insanlarla səni üzən bənzər durumlar yaşayırsansa, peşman olub yenə harda, nəyi yanlış elədim deyə düşünürsənsə dayan və özünə sual ve...