EFT (emotional freedom technique) emosional özgürləşmə texnikası – energetik bədənimizdə yaranmış tıxanıqlıqların açılması məqsədilə istifadə olunan təsirli bir metoddur. 1980 – cı ildə dr. Roger Callahanın kəşf etdiyi TFT (thought field tecnique) düşüncə sahəsi texnikasının üzərində işləyən tələbəsi Gary Craig sonradan bu texnikanı inkişaf etdirərək daha sadə bir metoda çevirmiş və buna EFT – duyğusal özgürləşmə texnikası adını vermişdir.

Yaşadığımız duyğusal travmalar, gizlətdiyimiz neqativ duyğular enerji kanallarında tıxanıqlıq yaradaraq müxtəlif problemlərin meydana çıxmasına səbəb olur. EFT – diqqəti müəyyən neqativ duyğuya topladıqdan sonra enerji kanallarının əsas kəsişmə nöqtələrinə barmaqla bir neçə dəfə vurmaqla həmin duyğunun yaratdığı tıxanıqlığın açılmasına əsaslanır.  Bu, sanki akupunktur metodunun iynəsiz formasıdır.

EFT hansı problemlərin həlli üçün istifadə edilir:

Asılılıqlar (yemək, alkoqol, siqaret, dərman, internet, insan asılılığı və s)

Fobiyalar (yüksəklik, uçuş, su, heyvan, qapalı yer qorxusu və s)

Neqativ duyğular (gündəlik stress, nifrət, təlaş, üzüntü, suçluluq, qısqanclıq, güvənsizlik və s)

Fiziki problemlər (funksional ağrılar, miqren, əzələ ağrıları, yuxusuzluq, yorğunluq, iştahsızlıq və s)

İnsan münasibətlərindəki problemlər (aldadılma, tərk edilmə, asılı olma və s)