Reiki – yapon dilindən tərcümədə “hər yerdə var olan həyat enerjisi” deməkdir. 1920 – ci ildə yapon Dr. Mikao Usui tərəfindən kəşf olunmuşdur.
Reiki – hər hansı bir inanc şəkli olmayıb hər kəsin faydalana biləcəyi saf enerjidir. O, eyni zamanda tibbi müalicəyə də dəstək verən tamamlayıcı bir şəfa texnikasıdır.

Reikinin heç bir zərəri və əlavə təsiri yoxdur. O, pis məqsədlə istifadə edilə bilməyən, sadəcə şəfa üçün olan enerjdir. İnisiasiya alanlarda zaman keçdikcə unudulmur və təsiri itmir. Öyrənilməsi və tətbiq edilməsi asandır.

Reiki enerjisini göndərən ustalar ona sadəcə kanallıq etdikləri üçün onların öz enerjiləri tükənmir. Bu enerjinin qəbul edənə axışı həmin insanın o anda nə qədər ehtiyacı varsa o qədər olur. Yəni reiki hər zaman özü özünü tənzimləyir. Hazırda dünyada çox geniş istifadə edilən bu metod bir çox ölkədə tibb fakultəsi tələbələrinə də tədris edilir.

Reikini öyrənmək istəyirsinizsə ilk növbədə Usui Reiki birinci dərəcədən başlamalısınız. Bundan sonra istəsəniz Kundalini Reiki və bir neçə ay sonra Usui Reiki ikinci və üçüncü dərəcələr üçün də inisiasiya ala bilərsiniz.

Müntəzəm olaraq Reikidən istifadə etməyin faydaları:

  • Xroniki xəstəliklərin müalicəsinə dəstəkləyici təsir göstərir.
  • Xəstəliklərə qarşı müqavimətin güclənməsinə yardım edir.
  • Bədənin toksinlərdən arınmasına kömək edir.
  • Hissiyyatı və fərqindəliyi artırır.
  • Fobiyaların, depressiyanın və digər psixoloji problemlərin müalicəsinə dəstəkləyici təsir göstərir.
  • Yaradıcılıq qabiliyyətini və məhsuldarlığı artırır.
  • Yuxusuzluq, xroniki yorğunluq problemlərinin ortadan qalxmasına yardım edir.

Ümumiyyətlə həyat fəaliyyətini və keyfiyyətini yaxşılaşdıran reikinin beş əsas prinsipi vardır:

  • Bu gün, sadəcə bu gün heç bir şey üçün əsəbləşmə!
  • Bu gün, sadəcə bu gün heç nə üçün narahat olma!
  • Bu gün, sadəcə bu gün sahib olduqların üçün şükr et!
  • Bu gün, sadəcə bu gün qazancını halal yoldan əldə et!
  • Bu gün, sadəcə bu gün insanlara xoş davran!

 

Siz də sertifikatlı Usui Reiki İnisiasiyası almaq istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz.